Zakir Həsənov müharibə iştirakçıları ilə görüşdü- FOTOLAR

Zakir Həsənov müharibə iştirakçıları ilə görüşdü- FOTOLAR
  05 May 2014    Oxunub:1113
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 May - faşizm üzərində Qələbənin 69-cu ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri görüş iştirakçılarını salamlayaraq, qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə və arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini diqqətə çatdırb.

General-polkovnik Z.Həsənov veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək qiymətləndirib.

Ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhramanlığına verilən qiymətin göstəricisidir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncamı xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və digər qonaqlar dəyirmi masa arxasında ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətinə, Prezidentinə, Ali Baş Komandanına həmişə sadiq olan bütün müharibələrin veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən bəhs edib, Böyük Vətən müharibəsində tarixi qələbənin 69-cu ildönümü ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə söhbət aparıblar.

Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna pul mükafatının verilməsi haqqında müdafiə nazirinin əmri elan edilib və görüş iştirakçıları xatirə şəkili çəkdiriblər.

Qalereya




Teqlər:  





Xəbər lenti