İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
  06 May 2014    Oxunub:862
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə başsağlığı verib.
Başsağlığında deyilir: "Ölkənizin şimal-şərqində baş vermiş irimiqyaslı təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.


Teqlər:





Xəbər lenti