Leyla Yunus şou düzəltdiyini etiraf etdi

Leyla Yunus şou düzəltdiyini etiraf etdi
  06 May 2014    Oxunub:1355
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus son günlər baş verən bəzi məqamlara aydınlıq gətirib. “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun həbsindən iki həftə ötdükdən sonra L.Yunus guya belə qənaətə gəlib ki, bu, ölkənin bütün vətəndaş cəmiyyətinə yönələn siyasi anlamlı məsələdir.

L.Yunus “Turan” agentliyinə verdiyi müsahibəsində vurğulayıb ki, Rauf Mirqədirovun gizli informasiya ötürdüyü Laura Bağdasaryanın adını eşidincə bilib ki, növbəti hədəf o olacaq: “Çünki Laura Bağdasaryan mənim tərəfdaşımdır, biz onunla birgə vahid, unikal Ermənistan-Azərbaycan saytı yaratmışıq”.

Jurnalistin “KİV-də belə bir qiymətləndirmə var ki, siz Rauf Mirqədirovun həbsindən sonra ölkədən qaçmağa çalışmışsınız və Bakıdan qaçmağa cəhd edərkən aeroportda saxlanılmışsınız. Bu qaçış idi, yoxsa hansısa başqa qərarınız” sualına cavabında deyib:

- Biz iki səbəbdən aeroporta getməyi qərara aldıq. Birinci səbəb Brüsseldə dəvət olunduğumuz konfransda iştirak etmək idi. Bizi ölkədən buraxsaydılar mən mütləq qayıdacaqdım, belə ki, planlaşdırılmış görüşüm var idi, mayın 12-də Fransa prezidenti ilə görüşün fəxri qonaqları siyahısında adım var idi – bu, bir. İkincisi, buraxıb-buraxmayacaqları maraqlı idi, həm də biz yeni pasport almışdıq. Digər tərəfdən, buraxmasalar qalmaqal olacaqdı. İstintaq qrupunun rəisi Eldar Əhmədov məni dindirərkən o da belə deyirdi, guya, siz qaçırdınız. Mən ona cavab verdim ki, o qədər də sadəlövh deyiləm. Qaçmaq istəsəydim başqa üsula əl atardım. Amma bu faktdır ki, bizi aeroportda faktiki olaraq Fransa səfirinin və ABŞ səfirliyinin ikini şəxsinin iştirakı ilə saxlayıblar. Bununla da qalmaqal geniş kütləyə yayılıb ki, bizim istədiyimiz də elə bu idi. Prokurorluqda növbəti dəfə dindirildikdən sonra sakit həbs məni qane etmirdi.

Onun, müxbirin “Yəni beləliklə, siz vəziyyətinizə diqqət çəkmək istəyirdiniz” sualına cavabı da maraqlıdır: “Bəli, buraxsalar, sakitcə çıxıb gedirik, sonra isə qayıdırıq. Buraxmasalar, belə saxlanılmaq daha yaxşıdır”.

L.Yunus sonra “aeroport şousu”nu özü qurduğunu tam etiraf edib. Belə ki, bu məsələdə “Fransa səfirinin iştirakı nə ilə bağlı idi” sualına cavabında o bildirib: “Belə yüksək səviyyəli şahid lazım idi”.

Yeri gəlmişkən, onun bu müsahibəsi ABŞ səfirliyində bu gün keçirdiyi görüşdən sonra yayımlanıb. Ekspertlər istisna etmirlər ki, bu həm də onun orada aldığı təlimatın və məsləhətlərin nəticəsidir.


Teqlər:  





Xəbər lenti