Prezident yeraltı keçidin açılışında iştirak etdi - FOTO

Prezident yeraltı keçidin açılışında iştirak etdi - FOTO
  06 May 2014    Oxunub:924
Mayın 5-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Heydər Əliyev prospektində - “Şəfa” stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak edib.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə “Şəfa” stadionu qarşısında piyadalar və avtomobillər üçün yeraltı keçidin mövcud vəziyyətini əks etdirən sxemə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov yeni qurğunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Sonra Prezident İlham Əliyev piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib.

Piyada keçidi ilə yaxından tanış olan dövlət başçısına məlumat verildi ki, ümumi uzunluğu 214 metr, eni 16,5 metr, hündürlüyü 3 metr olan qurğu Heydər Əliyev prospektinin bu hissəsində piyadalar üçün indiyədək mövcud olmuş keçid probleminin tamamilə həllinə hesablanıb. Bu keçid təhlükəsiz hərəkəti təmin etməklə yanaşı, daxili dizaynı və dövrün tələblərinə cavab verən infrastrukturu ilə də diqqəti cəlb edir. Müasir işıqlandırma sistemi, açıq havada qurulmuş eskalator piyadaların rahatlığını təmin etməyə yönəlib.

Sonra Prezident İlham Əliyev “Şəfa” stadionunun qarşısındakı yeni avtomobil keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına qurğunun texniki göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, keçidin ümumi uzunluğu 224 metr, eni 16,5 metr, hündürlüyü isə 5,5 metrdir. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaqdır. İcra olunmuş layihəyə əsasən keçidin açıq hissəsinin uzunluğu 441 metrdir. Layihənin icrası zamanı 1480 metr uzunluğunda yeni yan yollar salınıb.

Qalereya




Teqlər:  





Xəbər lenti