Metrodakı problem aradan qaldırıldı - VİDEO

“Saat 08:35-də stansiyada yuxarı hərəkət edən 2 eskalatordan biri xarab olub. 08.41-də isə düzəlib. Sadəcə həmin vaxt pik saatlar olduğu üçün sıxlıq yaranmışdı”,-deyə Metropolitendən bildirilib.
Qeyd edək ki, aznews-un verdiyi məlumata görə, bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında təşviş yaşanıb. Təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının eskalatorunun işləməməsi olub.
Stansiyadan sərnişinləri çıxarmaq üçün nəzərdə tutulan eskalator yarım saat dayanıb və bunun işə salınması üçün heç bir təcili tədbir görülməyib.
Nəticədə 2000 mindən çox şəhər sakini stansiyanı tərk edə bilmir və bu da sərnişinlər arasında ciddi narahatlıq yaradıb.
Sevinc İltifatqızı