Jurnalistikaya qeydiyyat müddəti uzadıldı

Jurnalistikaya qeydiyyat müddəti uzadıldı
  06 May 2014    Oxunub:1131
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti uzadıldı
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildiririlib ki, ali təhsil müəssisələrinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti 12 may saat 23:59-a qədər uzadılıb.

Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər.

Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti