Prezident Səfirlik kompleksi ilə tanış olub

Prezident Səfirlik kompleksi ilə tanış olub
  06 May 2014    Oxunub:884
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, Gürcüstan Prezidentinin 349 saylı 29 may 2008-ci il larixli əmri ilə Azərbaycan Respublikası və Gürcüstan arasında əməkdaşlığa yardım üzrə bir sıra tədbirlər çərçivəsində Tbilisi şəhəri, V.Qorqasali küçəsi, 4 ünvanında ümumi sahəsi 5722 kvadrat metr olan ərazi Azərbaycan Respublikasının Gürcüstanda Səfirlik kompleksinin tikintisi üçün ayrılıb.

Səfirlik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas və iş otaqları yerləşir. Heydər Əliyev zalında ulu öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən şəkillər və kitablar toplanıb. Burada Azərbaycan Respublikasının dövlət bayramları və əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər keçirilir.

Səfirliyin inzibati binasının giriş zalında ulu öndər Heydər Əliyevin büstü qoyulub.

Həmçinin, prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə "SOCAR-Georgia" şirkətinin inzibati binası ilə tanış olub.

2012-ci ilin 19 sentyabr tarixində ARDNŞ-nin Gürcüstandakı mərkəzi ofisinin təntənəli açılış mərasimi olub. Mərkəzi ofisin binası ARDNŞ-nin Azərbaycandan kənarda yerləşən ən böyük inzibati binası olub özündə çirkətin Gürcüstan Nümayəndəliyi, "SOCAR Energy Georgia" MMC başda olmaqla SOCAR-a tabe törəmə şirkətləri cəmləşdirir.

ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin inzibati binasının tikintisi məqsədilə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyi 2006-cı ildə Tbilisi şəhərinin 300 Araqveli küçəsi, 24 ünvanında yerləşən binanı və ona bitişik 4178 kvadrat metr sahəni birbaşa satış yolu ilə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyindən alıb.
Bakıda İçərişəhərdə yerləşən Qız Qalasını xatırladan yeni ofısin layihəsi "Kobulia brother and Partners" arxitektura fırması tərəfindən hazırlanıb. Binanın layihələndirmə və inşaatı işlərinə 2009-cu ildə başlanıb və 2012-ci ildə tamamlanıb. Binanın ümumi sahəsi 17 600 kvadrat metr təşkil edir. Binanın layihələndirmə və inşaatına 1000 nəfərdən çox mütəxəssis cəlb olunub.

Tikintinin əsas podratçısı Türkiyənin "System İnşaat" şirkəti olub. Bina A, B, C, D və E bloklarından ibarətdir. А, В və С bloklarında ofis sahələri təşkil edilərək, 350-dən çox əməkdaşın və xidmət personalının çalışması üçün rahat şərait yaradılıb və ən yüksək beynəlxalq standartlara cavab verir. D blokunda yeməkxana və 25 ədəd avtomobil üçün nəzərdə tutulmuş yeraltı qaraj mövcuddur. E blokunda isə texniki sahə yerləşir.

ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin binası ən müasir avadanlıqlarla təchiz olunmuş mürəkkəb texniki tikintidir. Sözügedən bina Tbilisi şəhər meriyası tərəfindən təşkil olunmuş "Memarlıq Mükafatı 2011" beynəlxalq müsabiqəsində "Realizə olunmuş ictimai tikinti" nominasiyasının qalibi olub. Açılış ARDNŞ-nin Gürcüstan bazarına daxil olmasının 5 illiyinə təsadüf edərək nailiyyətlər və gələcəyə inkişafı simvolizə edir.(trend)


Teqlər:





Xəbər lenti