“Artıq gələcəyə optimist baxıram” – Əli Abbasov

AzVision.az-ın məlumatına görə, o, junalistlərə açıqlamasında bildirib ki, bu barədə mobil operatorlarla müzakirələr aparılıb.
“Yanvar ayının kollegiyasının qərarları ilə onları tanış etdik. Mən artıq gələcəyə optimist baxıram. Onlar ucuzlaşdırılmış vahid operatorlarla qiymət üzərində danışıqları bitirirlər. Bundan sonra onların imkanı olacaq ki, qiymətləri müəyyən qədər aşağı salsınlar”.
Nazir onu da vurğulayıb ki, hazırkı qiymətlər bazar qiymətləridir:
“Onlara çox təzyiq də etmək olmaz. Qiymətlərin həddən artıq aşağı düşməsi də inkişafa mənfi təsir göstərir. Amma hər halda qiymətləri azaltmaq üçün koridor var”.
Əli Abbasov eyni zamanda internetin də keyfiyyətindən danışıb. O vurğulayıb ki, bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək dünya ölkələri arasında 49-cu yer tutub:
“Azərbaycan 20-dən çox göstərici üzrə MDB ölkələri arasında liderlik postunu tutub. Mobil telefon xidmətinin əlçatanlığına görə isə dünyada birinci yerdədir. İnternetin keyfiyyətinə gəlincə isə, gələn il Azərbaycanda Olimpiya oyunları keçiriləcək. Bununla əlaqədar olaraq bir neçə şirkətə müraciət etmişik. Yaxın vaxtlarda ümumiyyətlə Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanacaq. Bu yoxlama bir-iki ay çəkəcək. Yoxlamanın nəticələrinə əsasən müəyyən tədbirlər görüləcək”.
Fatimə Kərimli
Teqlər: