Bir neçə rayonda qaz olmayacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 18:00-dək İsmayıllı və Şəmkir rayonlarının bir hissəsinə qazın verilməsində məhdudiyyətlər olacaq.
Eləcədə saat 13:00-dan 15:00-dək Samux rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göygöl rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
AzVision.az
Teqlər: