- Mən bu titulu bir vaxtlar Azərbaycandan tutduğumuz ərazilərə görə almışam. Həmin torpaqlar yenidən Azərbaycanın nəzarətinə keçəndən sonra bu titulu saxlamaq artıq mənasızdır. Bir adı nəsə əldə etdiyin şeyə görə qazanırsan, amma daha o şey mövcud da deyil... - Babayan gileylənib.
Keçmiş "nazir" 2020-ci il müharibəsindən dərhal sonra Qarabağı niyə tərk etməsinin səbəbini də açıqlayıb.
“1700 nəfəri döyüş meydanında qoyub qaçdıq” - Samvel Babayan |
Babayan 2020-ci il müharibəsi zamanı iştirak etdiyi bəzi əməliyyatlara da toxunub.
- "Təhlükəsizlik şurası"nın həmin iclasında dedim ki, ya Rusiya bizə silah verməlidir, ya da biz heç nəyə imza atmayıb Qarabağı tərk edirik. Onlar nə demək istədiyimi başa düşmədilər və səsimi qaldıraraq söylədim ki, heç bir sənədə imza atmayın. Yenə də qulaq asmadılar. Məlum sənədin imzalanmasını isə televiziyadan öyrəndim, - Babayan 44 günlük müharibənin sonunu belə xatırlayıb.
Jurnalist Samveldən azərbaycanlı hərbçilərin Tağaverddən keçərək Şuşaya doğru irəliləməsindən xəbərinin olub-olmadığını da soruşub. Babayan bu suala belə cavab verib: “Mən hara mina qoymaq lazım olduğunu izah edirdim. Hərbçilərimizin nə etməli olduğunu da söyləyirdim. Ancaq azərbaycanlılar artıq noyabrın 4-5-də Şuşaya daxil oldular. Hamınız 5-6 noyabr deyirsiniz, amma onların şəhərə girişi 4-5 tarixində reallaşıb... Azərbaycanlıların Sqnaxova gedən yolunu kəsib məsələni həll etmək lazım idi. Ancaq komandirin vəzifələrini icra edən şəxs həmin vaxt dedi ki, “bu, Babayanın işidir, bunu özü etmək istəyir, məsələnin bizə heç bir aidiyyəti yoxdur, mən nə etdiyimi özüm bilirəm". Onlar dağlarda müqavimət göstərdilər, üç gündə 500-600 qurban verdik, - keçmiş nazir qısa müddətdə verilən dəqiq itki sayını da açıqlayıb.
Samvel Babayan onu da qeyd edib ki, hazırda araşdırma aparılır və onun bütün ifadələri yoxlanılmalıdır.
Xatırladaq ki, bu, Babayanın ilk etirafı deyil. İki il əvvəl “Müharibə başlayan kimi Ermənistan hərbi aviasiya sistemlərinin 50 faizini, artileriyasının isə 40 faizini itirib” deyən keçmiş komandan acizliklərini dilə gətirmişdi. Bundanbaşqa o, ötən il "4000 itkidən 1700 nəfərini döyüş meydanında qoyub qaçdıq. Bu idarəolunmazlıqdan xəbər verir. Bu artıq hərbi problemdir" demişdi.
Tural Tağıyev
AzVision.az