Sərhəddə əməliyyatlar - Azərbaycana narkotik keçirmək istədilər
Saxlanılan şəxsin Ucar rayon sakini 1982-ci il təvəllüdlü Həsənov Taleh Eldar oğlu olması müəyyənləşdirilib. Üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitə “marixuana”ya bənzər maddə aşkar olunaraq götürülüb.
Oktyabrın 16-da saat Biləsuvar rayonununda yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhədboyu ərazidə yüksək sürətlə hərəkət edən VAZ 2106 markalı 14-BC-269 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Neftçala rayon sakinləri 1988-ci il təvəllüdlü Həsənov Yusif Əlifağa oğlu və 1984-cü il təvəllüdlü Tahirov Tahir Adil oğlunun olduğu avtomobilə baxış zamanı 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 10 kiloqram 600 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.
Faktlar üzrə Baş Prokurorluq və DSX tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: