Metroda bu il də kondisioner olmayacaq

Metroda bu il də kondisioner olmayacaq
  07 May 2014    Oxunub:928
Bu yay Bakı metropolitenində qatarların vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması nəzərdə tutulmayıb.
Bunu Anspress-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O, bildirib ki, Bakı Metropolitenində qatarların vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması baha başa gəldiyi üçün bundan vaz keçilib.

“Ona görə də kondisionerlərin quraşdırılması real görünmür. Lakin istər qatarlarda, istərsə də platformalarda havalandırma sistemi işləyir. Qatar tuneldə qalarsa, havalandırma sistemi yenə də işlək vəziyyətdə olur”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, son günlər Bakı metrosunda qatarların nasazlıq səbəbindən tuneldə qalması halları tez-tez baş verir. Bu zaman qatarda sıxlıq olduğundan sərnişinlər arasında diskomfort hissi yaranır.


Teqlər:





Xəbər lenti