1120 ailə “Sovetski”dən çıxmağa razı oldu

1120 ailə “Sovetski”dən çıxmağa razı oldu
  07 May 2014    Oxunub:1256
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1120 nəfərə çatıb.
Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov söyləyib.

O deyib ki, 765 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 730 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

Komissiya sədri söküntü ərazisinə düşən 2980 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 69 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.


Teqlər:





Xəbər lenti