“İlham Əliyev bu siyasəti davam etdirir” – Əli Əhmədov

“İlham Əliyev bu siyasəti davam etdirir” – Əli Əhmədov
  07 May 2014    Oxunub:1737
“Müstəqil Azərbaycan dövlətinin yaradılmasında ulu öndər Heydər Əliyevin əməyini Azərbaycan xalqı həmişə yüksək qiymət verib”.
AzVision.az-ın məlumatıa görə, bu sözləri baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov “Heydər Əliyev və Yeni Cəmiyyət modeli” adlı kitabın təqdimantında deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin yaratdığı bir siyasi təşkilat olaraq həmişə Azərbaycan xalqının fikir və düşüncələrini ifadə edib:

“ Bu gün onun doğum günü ərəfəsində YAP-ın hər bir üzvü onun təməlini qoyduğu yola böyük ehtiram və hörmətini fadə edir”.
Ə.Əhmədova bildirib ki, artıq 12-ci ildir ki, YAP Heydər Əliyevin dogum günü ilə bağlı belə bir tədbir keçirir:

“YAP hər zaman Heydər Əliyev siyasətini dəstəkləyib və prezident İlham Əliyev də hazırda bu siyasəti davam etdirir”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti