Vitse-spiker: “İnsanda gərək vicdan olsun”

Vitse-spiker: “İnsanda gərək vicdan olsun”
  07 May 2014    Oxunub:984
“Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasını tənzimləyən qanunvericilik kifayət qədər yaxşıdır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin aparılması üçün insanlar özləri də düşünməlidirlər ki, bu cür yollara getmək olmaz:

"Çünki bu cür işlərin sonu yoxdur. Ona görə də gərək insanların özlərində də daxili vicdan olsun. Vicdan oyansın ki, bu işlərlə məşğul olmaq olmaz. Əlbəttə ki, vicdanı olmayan insanlara hüquq-mühafizə orqanları öz sözünü deyəcək."

Z.Әsgərov deyib ki, Azərbaycan dövləti tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirləri həmişə aparılıb:

"Bu işlər bizim siyasətimizin çox mühüm istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin siyasi iradəsi də ortadadır. Әlbəttə, bu mübarizənin də müxtəlif yolları, sözsüz ki, administrativ, profilaktik yolları da var. Hesab edirəm ki, zaman keçdikcə bu məsələlərin kökü kəsiləcək."

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti