ASAN Könüllülər YAP-a üzv oldu

ASAN Könüllülər YAP-a üzv oldu
  07 May 2014    Oxunub:972
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə çıxış edən Agentliyin sədri İnam Kərimov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan tarixinin ən önəmli hadisəsidir. Məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtması nəticəsində Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas olub. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyin müqəddəratının həll edildiyi ən ağır günlərdə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın dinamik, hərtərəfli inkişaf edən ölkələrindən biridir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasından danışıb. Bildirib ki, Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müasir müstəqil Azərbaycanın memarı və qurucusu, özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. E.İbrahimov hazırda bu ideologiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonda “ASAN xidmət”in Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunmuş 144 əməkdaşına vəsiqələri təqdim edilib.


Teqlər:  





Xəbər lenti