Separatçı generallar İrəvanda ağır qəzaya düşdülər

   Separatçı generallar İrəvanda ağır qəzaya düşdülər
  16 Noyabr 2022    Oxunub:874
Bu gün İrəvanda ağır avtomobil qəzası baş verib. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "shamshyan" məlumat yayıb.
Bildirilir ki, saat 13:00 radələrində köhnə Saralanc yolundan Teryan küçəsinə gedən Gürcüstan dövlət nömrə nişanlı “Toyota Land Cruiser” və “Toyota Camry” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1 nəfər ağır bədən xəsarətləri ilə 1 saylı Universitet Xəstəxanasına çatdırılıb.

Qeyd edilir ki, qəzaya düşənlər arasında “Toyota Land Cruiser”in sürücüsü ilə yanaşı Qarabağdakı keçmiş qondarma rejimin "Müdafiə Ordusunun" eks- komandanı, general Levon Mnatsakanyan, general Samvel Oqanovski də olub.

"Həkimlərdən ibarət növbətçi qrup operativ işləyiblər və zərərçəkmiş xəstəxanaya çatdırılana qədər ona ilkin tibbi yardım göstərib. Fotoqraf C. Şamşyanın sözlərinə görə, "Toyota Land Cruiser"i general Levon Mnatsakanyan idarə edib", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qəza   İrəvan   General  





Xəbər lenti