Qarabağı talan edən İran şirkətləri - ADLAR

 Qarabağı talan edən İran şirkətləri -  ADLAR
  05 Dekabr 2022    Oxunub:2418
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının ilk dəfə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə getmələri böyük əks-səda doğurdu. Məqsəd Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqinin aparılması idi.
Hazırda bu ərazilərdə separatçılarla yanaşı xarici şirkətlərin də talançı fəaliyyəti ilə bağlı ciddi suallar yaranıb. Xüsusilə də İranın son zamanlar Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bu cür əməlləri aktiv fazaya keçirməsinə dair faktlar yayılıb.


İkinci Qarabağ müharibəsi başlayana qədər problemin həllinin uzanmasından istifadə edən Ermənistan Azərbaycanın təbii sərvətlərini qəddarlıqla istismar edirdi. Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan Ermənistan hökuməti onların rəhbərliyinə erməni millətindən olan şəxsləri gətirərək, hiyləgərliklə Qarabağa xarici investisiyalar cəlb edirdi. Nəticədə Qarabağın təbii sərvətləri qeyri-qanuni yollarla xarici ölkələrdə, o cümlədən, İranda satışa çıxarılırdı.
Azərbaycan rəsmiləri Xocalıda - VİDEO+FOTOLAR

İllər öncə Rusiyanın “Sekret Firmı” jurnalının müxbiri Viktor Feşenko Qarabağdan hazırladığı xüsusi reportajlarda bir çox gizli məqamlara aydınlıq gətirmişdi. Məsələn, jurnalın yazdığına görə, Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək, iri təyyarələrin enməsi üçün yararlı hala gətirdi. Halbuki, Azərbaycanın icazəsi olmadan Xocalı hava limanına təyyarələr enə bilməzdi. Çünki bu ərazilərdə mülki aviasiyaya məxsus lisenziya hüququ Azərbaycana məxsusdur.


İşğal dövründə Qarabağda kənd təsərrüfatı məhsullarının istehsalı 1990-cı illərlə müqayisədə 1,5 dəfə artaraq 50 milyon ABŞ dollarından 120 milyon ABŞ dollarına yüksəlib. Elektrik enerjisi 75 milyon kilovat saatdan 300 milyon kilovat saata çatdırılıb. 2008-ci ildən 2015–ci ilədək Qarabağa qoyulan xarici investisiya beş dəfə artaraq 200 milyon ABŞ dolları olub.
Bütün bu talançılıq faktlarında cənub qonşumuz az rol oynamadı. Hələ 2017-ci ildə mətbuatda yayılan geniş məlumatlarda qeyd edilirdi ki, Qarabağla İran arasında ciddi işgüzar bağlantılar var. İran qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanımadığına görə, bütün bağlantılar İrəvan vasitəsilə qurulur. Qarabağdan ixrac olunan mallar İrəvanda qablaşdırılır, qeydiyyatdan keçirilir və bundan sonra İrana göndərilir. Lakin ermənilər Qarabağdan İrana satılan bütün malların üzərində “Made in Artsakh” sözləri yazırlar. İranın yük maşınları işğal altındakı Azərbaycan ərazilərinə sərbəst şəkildə giriş edir və burada yükdaşımaları ilə məşğul olurdular.

“İran Mellat Bankı”nın İrəvan filialı da o vaxtkı qondarma “Dağlıq Qarabağ Respublikasına” böyük miqdarda maliyyə yardımları göndərirdi. Belə yardım növbəti dəfə 2016-cı ilin aprelində reallaşmışdı. “İran Mellat Bankı” tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Talışi Ovanisyanın etirafları diqqət çəkir: “2016-ci ilin aprel hadisələri zamanı mən “İran Mellat Bankı”ının tapşırığı ilə “Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə ora səfər etmişəm. Səfər zamanı əvvəlcə Gorusa, daha sonra isə orada toplanan könüllülərə qoşularaq onlarla birgə Dağlıq Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra “dövlət məmurları” ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım.


Ermənistanda yüzlərlə İran şirkəti fəaliyyət göstərir. Bunlar “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur”.

Qeyd edək ki, İranın “Part Saman Caal Ko” şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi "rekonstruksiya" adıyla tanınmaz hala salınmışdı.



Azərbaycan 2020-ci ildə tarixi qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdikdən sonra da İran bölgədəki təxribatçı addımlarından vaz keçmədi. İranın yük maşınlarının Laçın dəhlizindən saxta erməni nömrələri ilə keçərək Xankəndiyə yük daşımasını göstərən xeyli faktlar və görüntülər aşkarlandı.

İran vətəndaşı olan sürücülər Xankəndiyə nə daşıyır və ya hansı müəmmalı yükləri aparırlar? Əgər bu yük adi yüklərdirsə, onda nə üçün avtomobillər Ermənistan ərazisinə daxil olandan sonra nömrə nişanları dəyişdirilərək "erməniləşdirilir"di? Adi yüklərdirs, nə səbəbdən daşımalar Azərbaycana əvvəlcədən müvafiq məlumat verilmədən, gizli şəkildə həyata keçirilirdi? Bu kimi qanunsuz fəaliyyəti ifşa edən rəsmi Bakı hətta Tehrana xəbərdarlıq da etdi.


Bir neçə gün öncə isə 14 nəfər İran vətəndaşı müəmmalı şəkildə qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil oldular. Bu məsələyə hətta Xarici İşlər Nazirliyi də sərt reaksiya göstərərək İrana nota verdi.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə təxribat xarakterli addımla bağlı qeyd edib ki, ərazilərimizə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   İran   Qarabağ   Ermənistan   Sülhməramlı   Talan  







Xəbər lenti