Ermənistan Azərbaycana 10 nəfərin nəşinin qalıqlarını verib

    Ermənistan Azərbaycana 10 nəfərin nəşinin qalıqlarını verib
  05 Dekabr 2022    Oxunub:851
Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib.
Bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, Ermənistan, həmçinin Azərbaycana 2 xəritə təqdim edib. Belə ki, xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlər göstərilib. Bildirilib ki, proses dekabrın 1-i baş tutub.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti