“Dözümlü” separatçılar – FOTOLAR

   “Dözümlü” separatçılar –    FOTOLAR
  29 Dekabr 2022    Oxunub:2385
Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsindəki erməni separatçıları ərzaq qıtlığının yarandığını deyirlər. Xocalının erməni icmasının rəhbəri Boris Qəhrəmanyan Ermənistan mediasına açıqlamasında deyib ki, mağazalarda piştaxtalar yarıboş vəziyyətdədir.
“Mallar məhdud miqdarda satılır. Qənd, yarmalar, meyvə-tərəvəz tapılmır. Amma çörək qıtlığı yoxdur. Ən əsası, təşviş və təlaş da yoxdur”,- o bildirib.


Ağdərə rayonunun Şen icmasının rəhbəri David Ananyan isə deyib ki, mağaza anbarlarındakı ehtiyatların cəmi 20%-i qalır: “Meyvə yoxdur. Dərman tapılmır. Benzindən ancaq zəruri hallarda istifadə olunur. Bircə kartof problemimiz yoxdur”.


Maraqlıdır ki, hər iki separatçı belə vəziyyətə dözməyə hazır olduqlarını bildiriblər. Bir sual qalır: nəyin uğrunda? Axı Azərbaycanın ekoloji nəzarət xidmətlərinin qanunsuz istismar olunan yataqlarda monitorinq aparmasına imkan yaratmaqla bu xoşagəlməz vəziyyətdən çıxmaq mümkündür.


Qeyd edək ki, indiyə qədər humanitar yük daşıyan bütün avtomobillərin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb.

Samir Quliyev

AzVision.az



Teqlər: Xankəndi   Aksiya  





Xəbər lenti