Necə döyüşmüşdüsə, elə də iş tapdı
//Erməni əsgərin dovşançılıq sevgisi
O, yerli mediaya verdiyi açıqlamada deyib ki, noyabrın 9-da səhər saatlarında yaralanıb və sonra müalicə olunub: “Mən baldır, alın nahiyəsindən qəlpə yaraları, sağ qulaq pərdəsinin cırılması, kəllə-beyin travması almışam. Bunlara görə səhhətimdə ciddi problemlər yaranıb. Müharibədən sonra məni sakitləşdirən yeganə heyvan dovşanlardır”.
Döyüşlərdə dovşan kimi qaçmağı öyrənmiş müharibə iştirakçısının sözlərinə görə, ona ideyasını reallaşdırmaqda "Əsgər Evi" kömək olub. Oradan zəng edib, xüsusi bir proqramın olduğunu deyiblər: “Mən ailəmlə dovşan yetişdirilməsi ilə bağlı layihə hazırladıq və bizim üçün proqram təsdiqləndi”.
Qeyd edək ki, 2020-ci ildən sonra müharibə iştirakçılarının, xüsusən də Qarabağda yaralanmış ermənilərin normal iş tapması problemə çevrilib. Müxalif media hətta dəfələrlə İrəvanı tənqid edərək hökumətin bu istiqamətdə yetərincə proqramlar həyata keçirmədiyini yazıb. Çünki onlara əsasən təsərrüfat yaratmaq üçün layihələr təklif olunur.
Tural Tağıyev
AzVision.az
Teqlər: Dovşan Müharibə Erməni-Əsgər