"Putin yeni səfərbərliyə hazırlaşır, 500 min insan cəbhəyə göndəriləcək" - KİV
Nəşrin yazdığına görə, qərar bir neçə həftə ərzində qəbul ediləcək və bu, aprel ayına qədər yarım milyona qədər insanı Ukraynadakı xüsusi əməliyyat zonasına göndərməyə imkan verəcək
Mənbə bildirib ki, niyyət baharda qarın əriməsindən sonra qurumuş yollar boyunca yeni genişmiqyaslı hücumun təşkil edilməsidir.
"Rusiyanın regional hərbi komissarlıqlarında ciddi hazırlıq gedir, Kreml qapalı sorğu keçirib. Rusiya vətəndaşları hərbi əməliyyatlardan narahatdırlar, lakin onlar da məğlubiyyətə dözmək istəmirlər", - nəşr adı açıqlanmayan məmurdan sitat gətirib.
Qeyd edək ki, Rusiya hakimiyyət orqanlarının nümayəndələri qismən səfərbərliyin ikinci dalğasını elan etmək niyyətlərini dəfələrlə rəsmən təkzib ediblər.
Aytən Zəhra
AzVision.az
Teqlər: