Yaxın 18 ildə səmada görünən ulduzların sayı 2,5 dəfə azala bilər

   Yaxın 18 ildə səmada görünən ulduzların sayı 2,5 dəfə azala bilər
  19 Yanvar 2023    Oxunub:687
Dünyada insanların təxminən 30% -ni gecə ulduzları müşahidə etmək imkanından məhrum edən işıq çirklənməsu hər il təxminən 7-10% artır.
AzVision.az xəbər verir ki, bu barədə
"NOIRLab NSF"dən olan elm adamları "Globe at Night" proqramının bir hissəsi olaraq apardıqları araşdırmanı "Science" jurnalında dərc edib.

Tədqiqatçılar 2011-ci ildən ulduzların görünmə qabiliyyəti haqqında məlumat toplayırlar. Hər kəs "Globe at Night" veb tətbiqi vasitəsilə müşahidələri təqdim edə bilər. Alimlər 2011-2022-ci illərdə Avropa və Şimali Amerikada toplanmış 50 mindən çox müşahidəni təhlil ediblər. Görünüşə təsir edə biləcək amilləri (buludluluq və ay işığı) istisna etdikdən sonra tədqiqatçılar son on ildə gecə səmasının parlaqlığının hər il 9,6% artdığını müəyyən ediblər. Bu, hər il təxminən 2% olan səth parlaqlığının qlobal artımından çox böyükdür.

Bu dəyişmə sürətində 250 ulduzun göründüyü yerdə doğulan uşaq 18 yaşına çatdıqda yalnız 100 ulduzu görə biləcək.

Zamanla səmanın parlaqlığının dəyişməsi əvvəllər qlobal miqyasda ölçülməyib. Baxmayaraq ki, bunu peyklərlə ölçmək olar, lakin bütün Yer kürəsini izləyən yeganə müasir sensorlar kifayət qədər dəqiqliyə və həssaslığa malik deyil. Üstəlik, peyk məlumatlarına görə, həm Avropada, həm də Şimali Amerikada süni parlaqlıq bir qədər azalıb.

İşıq çirklənməsi təkcə astronomik təcrübə üçün deyil, bir çox zərərli nəticələri olan məşhur problemdir. Bu, həm də bioloji saatı pozur və mədəni irsin itirilməsinə gətirib çıxarır. İnsanlar tarix boyu ulduzlu səmanı müşahidə etmək imkanı əldə ediblər ki, bu da miflərdə və göy cisimlərinə uyğun yaradılmış tikililərdə öz əksini tapıb. Alimlərin nəticələri “vətəndaş elmindən”, yəni adi insanların topladığı məlumatlardan təhlil zamanı istifadənin mümkünlüyünü nümayiş etdirib.

AzVision.az


Teqlər:





Xəbər lenti