Pentaqonun keçmiş müşaviri: "Uşaqlar döyüşə göndərilir, Kiyev rejiminin sonudur"
Onun sözlərinə görə, çoxlu sayda ukraynalı var ki, ölkədəki real səfərbərlik vəziyyətinin necə olduğunu sübut edən paylaşımlar yayırlar. Ukrayna Silahlı Qüvvələrinin 15-16 yaşlı əsgərlərinin xeyli fotolarına rast gəlmək olar və bu prosesin baş verməsinə artıq şübhə qalmayıb.
O qeyd edib ki, Ukrayna hakimiyyəti cəbhəyə getmək halında olmayan vətəndaşları da səfərbər edir. Onlar əsasən qocaları və ya uşaqlardan ibarətdir. “Bu rejim, əslində, sona çatmaq üzrədir”, - polkovnik vurğulayıb.
Eyni zamanda, keçmiş Pentaqon rəsmisi hesab edir ki, heç bir amerikalı siyasətçi Ukrayna rejiminin dağılması faktını etiraf etmir. Bu mövzu uğurla ört-basdır edilib. Polkovnik onu da əlavə edib ki, cəmi bir il ərzində ABŞ Ukraynada proksi müharibədə məğlub olub və hazırda Rusiya ilə potensial münaqişə astanasındadır.
Tural Tağıyev
AzVision.az