Mirzoyan: "Moskva ilə bəzi fikir ayrılıqlarımız var"

      Mirzoyan:    "Moskva ilə bəzi fikir ayrılıqlarımız var"
  08 Fevral 2023    Oxunub:766
İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur. AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda xorvatiyalı həmkarı Qordan Qrlix Radmanla keçirdiyi brifinqdə deyib.
Mirzoyanın sözlərinə görə, Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri mövcuddur, həmçinin xeyli ikitərəfli və çoxtərəfli sazişlər imzalanıb. Buna baxmayaraq, o bildirib ki, bəzi məsələlərdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmələrlə bağlı fikir ayrılıqları var. Lakin onlar ictimai müstəvidə ifadə olunur.

"Ermənistanlı həmkarımız fürsətini əldən verdi" - Lavrov
"Bunu böhran adlandırmaq yəqin ki, çox şişirtmə görünür. Biz rusiyalı həmkarlarımızla daim təmasdayıq. Gündəliyimizdəki bütün işləri, razılaşdırılmış və ya razılaşdırılmamış məsələləri müzakirə edirik", - deyib.

İrəvanın Moskvada keçirilən üçtərəfli görüşə getməkdən imtina etməsindən danışan Mirzoyan bu təmasın ləğv olunmadığını, təxirə salındığını iddia edib.

Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti