Separatçılar Rubeni axtarırlar: "Hardasan, üzə çıx!"

  Separatçılar Rubeni axtarırlar:    "Hardasan, üzə çıx!"
  13 Fevral 2023    Oxunub:992
Xəbər verdiyimiz kimi Qarabağdakı qondarma rejimin təxribatçı "naziri" Ruben Vardanyan gizli şəkildə Rusiyaya qaçıb. Vardanyanın ortalıqda görünməməsi İrəvanda olduğu kimi artıq Qarabağ ermənilərində də qıcıq yaradıb.
Məsələn "siyasi fəal" Tiqran Petrosyan Facebook səhifəsində separatçı "rəhbər"ə sətraltı məanalarla sual ünvanlayıb. O yazıb: “Cənab Ruben Vardanyan, doğrudanmı xalqa deməyə sözünüz yoxdur? Əgər danışmaq istəmirsinizsə, heç olmasa üzə çıxıb deyin ki, daha sözüm qalmayıb. Biz də işimizi bilək...”

Sergey Markov: “Vardanyan heç vaxt Qarabağa qayıtmayacaq” – Eksklüziv video
Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Separatçı  





Xəbər lenti