"Mişel Azərbaycan və Ermənistan liderlərini görüşə dəvət edib" - Prays

   "Mişel Azərbaycan və Ermənistan liderlərini görüşə dəvət edib" -    Prays
  24 Fevral 2023    Oxunub:813
"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini növbəti görüş üçün Brüsselə dəvət edib".
AzVision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqində deyib.
Onun sözlərinə görə, ABŞ Avropa İttifaqının vasitəçiliyini fəal şəkildə dəstəkləyir. Görüşün vaxtı isə həlləlik müəyyən edilməyib. Bunun üçün Bakı və İrəvandan cavab lazımdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti