Finlandiya NATO-ya üzv oldu

      Finlandiya NATO-ya üzv oldu
  04 Aprel 2023    Oxunub:1197
Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu. Bu barədə Polşanın baş naziri Mateuş Moravetski özünün “Twitter” hesabında yazıb.
“Finlandiya hazırda NATO-dadır. Təbrik edirik! Bu gündən alyans 31 ölkədən ibarətdir”. Moravetski əlavə edib ki, güclü tərəfdaşlar Polşanın və bütün dünyanın təhlükəsizliyini təmin edir. Eyni zamanda, hələlik alyansdan rəsmi açıqlama verilməyib.

Aprelin 3-də NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-də alyansın bir hissəsi olacağını təsdiqləyib.

Finlandiya 2022-ci ilin mayında İsveçlə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edib.

Türkiyə onların alyansa qoşulmasına qarşı çıxıb, lakin aprelin 1-də prezident Rəcəb Tayyib Ərdoğan Finlandiyanın ərizəsinin ratifikasiyasını təsdiqləyib.

Stokholmda keçirilən Quran nüsxəsinin yandırılması kampaniyasından sonra İsveçin NATO-ya qəbulu çətinləşib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti