Armen Aşotyan həbs edildi
Atanesyan vurğulayıb ki, Aşotyana qarşı heç bir sübut yoxdur. Vəkil əlavə edib ki, qərarı əsassız hesab edir və ondan yuxarı instansiyaya şikayət etmək niyyətindədir.
Armen Aşotyan iyunun 15-də saxlanılıb.İstintaq Komitəsi bildirir ki, siyasətçi ona qarşı seçilmiş həbs-qətimkan tədbirinin şərtlərini pozub.
Qeyd edək ki, Armen Aşotyan və İrəvan Tibb Universitetinin keçmiş rektoru Mikael Nərimanyan universitetə məxsus təxminən 100 min dollar məbləğində əmlakı mənimsəməkdə ittiham olunurlar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Armen