"Mən Putinin və onun yerli kuklalarının hərbi əsiriyəm" - Saakaşvili
"Bu gün insanlar görəcəklər ki, ağır fiziki vəziyyətimə baxmayaraq, mən ruhən sınmamışam və həmişəkindən daha cəsuram, bu da onların bütün təbliğatını məhv edəcək. Təbii ki, bugünkü nümunə sübut edir ki, Putinin və onun yerli kuklalarının hərbi əsiriyəm".
Sabiq prezident bildirib ki, bu gün keçirilməsi planlaşdırılan məhkəməsi qeyri-müəyyən müddətə, ən azı payıza qədər təxirə salınıb.
"Bu da göstərir ki, Rusiya hökuməti çöküb, amma biz mübarizəni ancaq birlik və möhkəmliklə qazanacağıq".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Saakaşvili