Rusiya hərbçiləri “Vaqner”çilərin olduğu düşərgəni bombaladı

      Rusiya hərbçiləri “Vaqner”çilərin olduğu düşərgəni bombaladı
  24 İyun 2023    Oxunub:909
Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb.
Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib. Priqojin vurğulayıb ki, onun tabeliyində olanlar aldadılıb və döyüşçülərin hücumunun qarşısı alınıb.

“Bu gün bizim “sınmadığımızı” görüb arxa düşərgələrimizə zərbələr, raket zərbələri endiriblər. Çoxlu sayda döyüşçülərimiz, döyüş yoldaşlarımız həlak olub. Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir.

AzVision.az


Teqlər:





Xəbər lenti