Putin: "Üsyan cəhdi kürəyimizə bıçaq zərbəsidir" - VİDEO |
Kadırov xatırladıb ki, müharibə şəxsi narazılıqları dilə gətirmək və arxa cəbhədə mübahisələri həll etmək vaxtı deyil, arxa cəbhə həmişə sakit və etibarlı olmalıdır. Çeçenistan rəhbərinin fikrincə, tarix bu cür şıltaqlıqların qanlı nəticələrə gətirib çıxara biləcəyini göstərib.
“Vladimir Vladimiroviç xalqa müraciətində tamamilə haqlı olaraq qeyd etdi - bu, hərbi üsyandır! Belə hərəkətlərin heç bir bəhanəsi yoxdur! Vladimir Vladimiroviç Putinin hər sözünü tam dəstəkləyirəm!”, Kadırov yazıb.
O, həmçinin rus döyüşçülərinə müraciət edərək onları təxribatlara uymamağa çağırıb. Siyasətçi vurğulayıb ki, hazırda dövlətin təhlükəsizliyi və Rusiya cəmiyyətinin birliyi prioritet məsələdir.
Kadırov həmçinin üsyanı Rusiya Müdafiə Nazirliyinə ultimatum və dövlətə meydan oxuma adlandırıb. O əlavə edib ki, Çeçen döyüşçüləri və Çeçenistandakı rus hərbi qüvvələri Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında gərginlik davam edən əraziyə yollanıblar.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini və bir çox döyüşçünün öldüyünü deyib. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.
Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.
Aytən Zəhra
AzVision.az