"Vaqner"in Moskvaya yürüşü dayandı
Hətta Priqojinin Moskvadan geri çəkildiyini və döyüş mövqelərinə geri qayıtdığını elan etdiyini bildirən səs yazısı yayılıb.
“Onlar “Vagner”i dağıtmaq istəyirdilər. İyunun 23-də “Ədalət marşı” üçün yola düşdük. Gün ərzində Moskvaya qədər 200 kilometrə yaxın məsafə qət etdik. Bu müddət ərzində döyüşçülərimizin bir damcı da qanını axıtmamışıq.
“İndi elə bir an gəlib çatıb ki, qan tökülə bilər. Buna görə də tərəflərdən istənilən birində rus qanı töküləcəyinin bütün məsuliyyətini dərk edərək, qoşunlarımızı geri çevirib, plana uyğun olaraq əks istiqamətdə səhra düşərgələrinə yola düşürük”.
AzVision.az
Teqlər: