Rusiyanın daha bir generalı müharibədə öldü

   Rusiyanın daha bir generalı müharibədə öldü
  12 İyul 2023    Oxunub:1066
Ukrayna Silahlı Qüvvələrinin Berdyanska raket hücumu nəticəsində Cənub Hərbi Dairəsinin komandirinin müavini vəzifəsini icra edən general-leytenant Oleq Tsokov ölüb.
AzVision.az -ın xarici mediaya istinadla məlumatına görə, bu barədə Dövlət Dumasının deputatı Andrey Qurulev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramının efirində bildirib.

Parlamentari xatırladıb ki, 2022-ci ildə Tsokov ağır yaralanıb və səhhətinə görə xüsusi hərbi əməliyyat zonasına qayıda bilməyib.
Rusiya Müdafiə Nazirliyi hələlik Tsokovun ölümü ilə bağlı açıqlama verməyib.

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin Berdyansk şəhərinə endirdiyi raket zərbəsi iyulun 11-i axşam saatlarında məlum olub. “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqovun sözlərinə görə, hücum “Storm Shadow” raketləri ilə həyata keçirilib.

Yarım saatdan sonra Ukrayna hərbçilərinin Berdyanska ikinci zərbəsi endirilməsi barədə məlumat peyda olub. Raketlərin əksəriyyəti dəniz üzərindən hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bununla belə, şəhər müəssisəsinin ərazisində zərbə qeydə alınıb.


Teqlər:





Xəbər lenti