SEPAH komandiri NASA və Starlink-in iranlı işçilərini tənqid edib

SEPAH komandiri NASA və Starlink-in iranlı işçilərini tənqid edib
  13 İyul 2023    Oxunub:1045
SEPAH Aerokosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə ölkənin imkanlarından yararlanan bəzi iranlıların sonradan NASA-ya getdirklərimi və ya “yaramaz” Starlink layihəsində iştirak etdiklərini söyləyib.
AzVision.az xəbər verir ki, “Tərəqqi yolları” hökumət düşərgələrinin yeni mövsümünün açılışında çıxış edən Əmir Əli Hacızadə Starlinkin iranlı əməkdaşlarını məqsədi olmamaqda və dost-düşməni tanımamaqda ittiham edərək, bu insanların düşmənə xidmət göstərdiyini deyib.

SEPAH Aerokosmik qüvvələrinin komandiri öz açıqlamasında NASA və Starlink layihələrində çalışan iranlıların sayı barədə məlumat verməyib.

Amma onun bu tənqidini idarə etdiyi kompleksdə mümkün ekspertlərin və kadrların çatışmazlığına, habelə bu sahədəki elitanın xaricə kütləvi miqrasiyasına cavab kimi qiymətləndirmək olar.
AzVision.az


Teqlər: SEPAH   NASA  





Xəbər lenti