Rusiyada təqaüdçü hərbi komissarlığı yandırıb
Qeyd edilir ki, iyulun 29-da axşam saatlarında Kirovsk və Moskva rayonlarının hərbi komissarlığının divarı yanıb.
İlkin məlumatlara görə, 62 yaşlı qadın özü ilə gətirdiyi benzini fasada tökərək divarı yandırıb. İctimai əmlaka dəymiş ziyanın həcmi hələlik məlum deyil.
Yanğın törədən şəxs tez bir zamanda yaxalanıb. Təqaüdçü polisə bildirib ki, “FSB əməkdaşları” onunla əlaqə saxlayıb və təxribat törətməyəcəyi təqdirdə qızına zərər verəcəyini vəd edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya