AzVision.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyanla yanaşı onu ailəsinin də adını hallandırıb.
Vardanyan qeyd edib ki, "Ermənistanın baş nazirinin
sonuncu mətbuat konfransında zamanı Qarabağı bəyənməməyə, Xankəndidə baş verənlərdən nə qədər məyus olması və ya üzülməsi barədə danışmağa haqqı yoxdur. Çünki indiki vəziyyətdə bu qəbuledilməzdir".
“Biz təhlükə altındayıq. Əgər siz Ermənistanın baş nazirisinizsə və bu vəzifə Qarabağ ermənilərinə də "cavabdehdirsə", siz bu torpaqların bizim ərazi kimi qalması, birlikdə mübarizə aparmaq üçün mümkün olan hər şeyi etməlisiniz. Qarabağı təhvil verəcəyik, çünki başqa çıxış yolumuz yoxdur demək olmaz. Bu liderin işlədəcəyi sözlər deyil. Cənab baş nazir, siz Xankəndidə adam qalmamışdı deyəndə səhjv edirsiniz. Burada qadınlar da, kişilər da qalmışdı. Sənin arvadın bunkerdən çölə çıxsaydı, Xankəndidə nə qədər qadın olduğunu bilərdi. Həqiqətən də Qarabağda nə baş verdiyini öyrənmək istəsəydin, burada neçə adamın sona qədər vuruşduğunu bilərdin.
Vardanyanın fikrincə, nə qədər ki, ermənilər kişilərimiz fərari, qadınlar isə bədbəxtdir, Ağrı dağı və Qarabağ bizim deyil, himn dəyişdirilməlidir, kilsə pisdir, deyirlər, onlar dinc yaşaya bilməyəcəklər.
Tural Tağıyev
AzVision.az