Pentaqonun keçmiş müşaviri: “Ukrayna çox çətin vəziyyətdədir” |
Makqreqorun fikrincə, Polşanın Avropanın tam mərkəzində yerləşən coğrafi mövqeyi ona həm münaqişəni həll etmək, həm də sabitliyi təmin etmək imkanı verir.
Keçmiş Pentaqon rəsmisi onu da vurğulayıb ki, hətta Polşa Ukraynadakı münaqişəyə müdaxilə etmək qərarına gəlsə belə, Varşava öz imkanlarını nəzərdən keçirməlidir. Makqreqor hesab edir ki, Rusiya belə bir addımı cavabsız qoymayacaq.
O, polşalılara belə bir sual da ünvanlayıb: “Əgər siz NATO-nun dəstəyi olmadan Ukraynanın qərbinə getsəniz, rusların buna reaksiyası necə olacaq? Yoxsa onlar sizi NATO troya atı kimi görəcəklər?”
Qeyd edək ki, son zamanlar Qərb mediasında Polşanın da Rusiya-Ukrayna müharibəsinə cəlb ediləcəyi ilə bağlı silsilə yazılar dərc edilir.
Tural Tağıyev
AzVision.az