Onun sözlərinə görə, Markosyan Ermənistana Livandan gəlibmiş. O, hava limanında 12 saatdan çoxdur ki, saxlanılır. ABŞ vətəndaşının ərazini tərk etməsinə də icazə verilmir.
“Ona ölkəyə giriş qadağası ilə bağlı heç bir əsaslandırılmış izahat verilməyib”, - Vardanyan gileylənib.
Daşnaklara Paşinyana yumurta atdıqları üçün qadağa qoyulub |
Məlumata görə Markosyan diaspor fəalıdır.
Qeyd edək ki, ötən ilin iyulun 13-də Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, Daşnaksütyun teror təşkilatının üzvü Murad Papazyanın Ermənistana girişi qadağan edildi. Bundan sonra Daşnaksütyun partiyasının Niderlanddakı “Hay Dat” ofisinin rəhbəri Masis Abramyan və onun qızı, partiyanın gənclər qanadının nümayəndəsi Sune Abramyan da ölkəyə buraxılmadı.
Tural Tağıyev
AzVision.az