"Biz görürük ki, insanların 67%-dən çoxu Paşinyanın cavablarına inanmır və bu, kifayət qədər böyük rəqəmdir", - Navasardyan ölkədəki rəhbər şəxsə inamsızlıq mühitindən gileylənib.
Ermənilərin çoxu məğlubiyyətə görə Sarkisyanı günahlandırır - SORĞU |
Ermənilərin çoxu Respublika Partiyasından olan Armen Aşotyan , “İctimai səs” partiyasının rəhbəri Artak Qalstyan və Vanadzor şəhərinin meri Mamikon Aslanyanı siyasi məhbus adlandırıb. Navasardyan qeyd edib ki, bu məlumatlar praktiki olaraq iyun ayında keçirilmiş sorğunun detalları ilə üst-üstə düşür.
Sorğu iştirakçılarının fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problem sayılır. Əsas narahatlıq kimi 32,4 faiz müharibə təhlükəsini, 30,7 faiz Qarabağ problemini, 30,4 faiz ümumilikdə təhlükəsizliyin, 27,8 faiz sərhədlərin dəqiqləşdirilməsi məsələsini qeyd edib. Digər problemlərə iqtisadi vəziyyət, işsizlik, qiymət artımı, məhbusların qaytarılması, hakimiyyətin dəyişməsi və s. aid edilib.
Sorğu keçirənlər Azərbaycanın daxili işinə qarışaraq təxribat xarakterli suallar da veriblər.
Etnik azlıq statusunun Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ sakinləri üçün məqbul olub-olmaması ilə bağlı suala yalnız 1,1% “mütləq məqbuldur” cavabını verib. 2,7% "olduqca məqbuldur", 5,5% - "olduqca qəbuledilməz", 88,8% isə qəti şəkildə qəbuledilməz hesab edib.
Tural Tağıyev
AzVision.az