"Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ var" - Prezidentin köməkçisi |
“O cümlədən, İrəvanda azərbaycanlılar üçün nəzərdə tutulan evlərin tikintisi üçün işlərə başlanılır. Bundan əlavə, onlar Qarabağı boşaltmaqdan ötrü hər şeyi edəcəklər və hazırda İrəvanda orada yaşayan ermənilər üçün də evlər tikirlər. Biz Qarabağı erməniləşdirməli, özümümzünkü kimi saxlamalıyıq”, - Ara gileylənib.
O həmçinin iddia edib ki, guya rəsmi İrəvan 90-cı illərin hərbi cinayətkarlarının şəxsi məlumatları Bakıya ötürə bilər.
"Vaqif Xaçatryanla bağlı iş göstərir ki, Ermənistan hakimiyyəti istədikləri məlumatları Azərbaycana ötürə bilər. İrəvan küçələrində gəzərkən belə insanları oğurlayıb türklərə təhvil vermək olar. Bu məsələdə ictimaiyyət öz səsini qaldırmalıdır. Hamımız təhlükə altındayıq. Mövcud hakimiyyətdən qurtulana qədər mübarizə aparacağıq, xalqı ayıltmağa çalışacağıq”.
Qeyd edək ki, Vaqif Xaçatryanı Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlayıblar. O, Birinci Qarabağ müharibəsində Ermənistanın etnik təmizləmə siyasətinin icraçılarından biri olduğu üçün beynəlxalq axtarışa verilmişdi.
Tural Tağıyev
AzVision.az