Ermənistanda benzin növbəti dəfə bahalaşdı

Ermənistanda benzin  növbəti dəfə bahalaşdı
  11 Avqust 2023    Oxunub:1195
Bu gün Ermənistanda benzin və dizel yanacağının qiyməti yenidən bahalaşıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, adi və premium benzində 10 dram artım olub.

"Bahalaşmadan sonra adi benzinin 1 litri 470 dram, premium markalı yanacaq isə 500 drama satılır", - Mamul saytı yazır.

Xatırladaq ki, benizin sonuncu dəfə iyulun 9-da kəskin şəkildə bahalşıb. Həmin vaxt qiymət artımı 20 dram təşkil edib.

Ümumilikdə isə son iki ayda Ermənistanda benzin və dizel yanacağı 120 dram bahalaşıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Benzin   Ermənistan  





Xəbər lenti