15 yaşlı qız manyakdan xilas olmaq üçün binadan tullandı
Xəsarət alan məktəbli Puşkinskaya küçəsindəki evlərdən birinin yanında tapılıb. O, huşunu itirsə də, ayılan kimi dərhal deyib ki, 34 yaşlı bir kişidən qaçdığı üçün binadan yıxılaraq xəsarət alıb.
Doqquzuncu sinif şagirdi xəstəxanaya yerləşdirilib və həkimlər xəstədə onurğa sütununun sınığı aşkar ediblər.
"Qızın sözlərinə görə, ev sahibi onu incitməyə başlayanda o, dördüncü mərtəbədəki mənzilin pəncərəsindən özünü atıb. O, hazırda həkim nəzarəti altındadır. Şübhəli artıq polis tərəfindən axtarılır. Çünki hadisədən dərhal sonra təcavüzkar qaça bilib. İndi onu 15 ilə qədər həbs gözləyir", - məlumatda deyilir.
Tural Tağıyev
AzVision.az