Separatçılarla sülhməramlılar arasında dava - VİDEO

   Separatçılarla sülhməramlılar arasında dava    - VİDEO
  16 Avqust 2023    Oxunub:1829
Xəbər veridiyimiz kimi bir qrup separatçı ilə Rusiya sülhməramlıları arasında insident yaşanıb.
Aksiya keçirərək Laçın dəhlizinin əvvəlki qaydada nəzarətsiz fəaliyyətini tələb edən radikallar sülhməramlıların zirehli maşınlarına da hücum ediblər. Aksiya iştirakçılarından biri rus zabitə deyib ki, guya Xankəndidə insanlar acından ölürlər "amma siz yolu açmaq əvəzinə bizi ərazidən uzaqlaşdırırsınız”.

Sülhməramlı separatçını ifşa etdi: "Pul alıb aksiya keçirirsiniz" - VİDEO
O həmçinin aqressiv münasibət sərgiləyərək rusları təxribata da çəkib: “Hə, güllələyin bizi... Bakının göstərişlərinə əməl edərək açıq-aşkar təxribat törədirsiniz və sizin missiyanız bizi qorumaq, problemlərimizi həll etməkdir”.

Qışqır-bağır salan Xankəndi sakini qeyd edib ki, “qoy hamı hələ də heç bir məsələni həll etməyən Rusiya sülhməramlılarının dinc nümayişçilərə qarşı necə güc tətbiq etdiyini görsün”.

İnsidenti "Mamul"a şərh edən erməni politoloq Robert Qevondyan isə maraqlı fikirlər səsləndirib. O, xatırladıb ki, “Qışda bir qrup erməni Laçın şəhərinə getmək istəyəndə də rus sülhməramlıları onların yolunu tikanlı məftillərlə bağlamışdı: "Bu gün həmin sülhməramlılardır ki, Qarabağ ermənilərinin bağladıqları yolu zorla açırlar".

"Onlar ekoaktivistlər, yolu bağlayan azərbaycanlılara qarşı da eyni cür davranmalı idilər. Lakin həmin hadiəsələr zamanı rusların fəaliyyətsizliyi nümayiş olundu. Bu, məncə, BMT Təhlükəsizlik Şurasında rusların daha neytral sülhməramlılarla əvəzlənməsi tələbi üçün kifayət edəcək faktlardır", - politoloq vurğulayıb.

Qeyd edək ki, bu gün separatçıların qondarma partiya rəhbərlərindən biri olan Artur Osipyan sülhməramlıların zabiti ilə olan mübahisə videosunu yaymışdı. Rus hərbçi separatçını ifşa edərək demişdi ki, "Pul alıb aksiya keçirirsiniz!".



Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı   Separatçı  





Xəbər lenti