Rus səfir Ermənistanda yol nişanının açılışına qatıldı |
"İndi bizə məlum olan hadisələr fonunda tarixin səhifələrini unutmaq olmaz. Xüsusilə qeyd etmək istərdim ki, Rusiya Ermənistanla dostluğa səmimi şəkildə inanır. Xalqlarımızı çoxəsrlik mədəni və sivilizasiya əlaqələri, həm də mənəvi yaxınlıq birləşdirir. 1827-ci il avqustun 17-si xalqlarımızın tarixi salnaməsinə əbədi olaraq həkk olundu. Erməni və rus əsgərləri üstün düşmən qarşısında sübut edə bildilər ki, onlar birlikdə onu məğlub edə, ayağa qalxa və qalib gələ bilərlər”, - Seleznev qeyd edib.
Onun sözlərinə görə, "19-cu əsr əsgərlərinin təcrübəsinə əsaslanaraq biz gənclərimizə əsl şücaət və qəhrəmanlığın təməl nümunələrini öyrətməliyik".
Seleznev hazırda iki ölkənin qarşılaşdığı ən ağır sınaqlardan tez bir zamanda daha güclü və birləşmiş şəkildə çıxmağı arzulayıb.
Tural Tağıyev
AzVision.az