Mask: "Priqojinin təyyarəsinin düşməsi psixoloji əməliyyatdır"

      Mask:    "Priqojinin təyyarəsinin düşməsi psixoloji əməliyyatdır"
  24 Avqust 2023    Oxunub:1689
Yevgeni Priqojinin uçduğu "Embraer Legacy" təyyarəsinin düşməsi “psixoloji əməliyyat” ola bilər.
Priqojinlə bərabər təyyarədə ölən "Makar" ləqəbli erməni kimdir?
AzVision.az xəbər verir ki, bunu "Tesla" və "SpaceX" in qurucusu İlon Mask X-də yazıb.

“Gözlədiyimdən daha çox. Bunun psixoloji əməliyyat olması ehtimalı az da olsa var", – Mask yazıb.

Belə ki, iş adamı sosial şəbəkə istifadəçilərindən birinin təyyarənin düşməsinin "çox vaxt keçmədiyini" yazan şərhinə cavab verib. Müzakirə IBC Qrupunun sahibkarı və təsisçisi Mario Naufalın postu altında başlayıb. Naufal təyyarənin qəzaya uğraması ilə bağlı xəbərləri və hadisə yerindən şahidlərin videosunu dərc edib.

2023-cü il avqustun 23-də axşam saatlarında "Embraer Legacy" biznes təyyarəsi Tver vilayətinin Kujenkino yaxınlığında qəzaya uğrayıb. Təyyarədə üç ekipaj üzvü və yeddi sərnişin, o cümlədən "Vagner" PMC-nin rəhbəri Yevgeni Priqojin olub. Qəza nəticəsində heç kim sağ qalmayıb.

AzVision.az


Teqlər:   Priqojin  





Xəbər lenti