İrəvandan ən çox sığınacaq istəyənlər: İranlılar üçüncüdür

   İrəvandan ən çox sığınacaq istəyənlər:    İranlılar üçüncüdür
  25 Avqust 2023    Oxunub:1468
"Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun aylarında Ermənistan Respublikasında sığınacaq axtaran şəxslərin cinsi, yaş qrupları və vətəndaşlıqları ilə bağlı diqqət çəkən bölgüsü var".
Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, bölgüdə Ermənistandan sığınacaq istəyən əsas əcnəbilər İraq vətəndaşlarıdır.

Ermənistan Rusiyaya miqrant axınına görə ilk üçlükdədir
"Bu il onların sayı 131 nəfər olub. İkinci yerdə Ukrayna vətəndaşlarıdır: son 6 ayda 115 nəfər. Üçüncü yerdə isə 40 nəfərlə İran vətəndaşlarıdır", - müəllif yazıb.

Təəccüblüsü isə odru ki, Rusiya bu sırada 6-cı yerdərdir. Son 6 ayda yalnız 18 nəfər rus sığınacaq üçün müraciət edib.

"Bu faktı müəyyən mənada təəccüblü saymamaq da olar. Çünki ruslar üçün Ermənistan indi xaricdən maliyyə resurslarını əldə etmək kanalı sayılır. Onların çoxu vətəndaşlıq almağa çalışır. Ya burada qalırlar, ya da erməni pasportu ilə başqa ölkəyə gedirlər. Çünki biz ermənilər bir çox ölkələrə giriş vizası olmadan gedə bilirik", - Məqalədə yazılıb.

Diqqət çəkən məqamlardan biri isə statistikada vətəndaşları sığınacaq istəyən ölkələr sırasında Nigeriya, İsrail, Tacikistan, Mərakeş, Türkiyə ilə yanaşı Azərbaycanın da adı qeyd edilib. İrəvan bununla bağlı konkret rəqəm və ad açıqlamayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sığınacaq  





Xəbər lenti