Makron: "Ukrayna münaqişəsinə müdaxilə edə bilmərik"

   Makron:    "Ukrayna münaqişəsinə müdaxilə edə bilmərik"
  28 Avqust 2023    Oxunub:1351
"Paris Moskva ilə birbaşa toqquşmadan qaçmaq üçün hər cür cəhdlər edir. Bu isə silahlı qüvvələrimizin Ukrayna münaqişəsində iştirakını qeyri-mümkün edir".
AzVision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron səfirlərin illik konfransında çıxışı zamanı deyib.

Ölkəsinin müharibəyə birbaşa müdaxiləsini mümkünsüz sayan Makron dönə-dönə eyni fikri təkrarlayıb ki, "Fransa Ukrayna münaqişəsinin hər hansı eskalasiyasından qaçmağa çalışır".

Bundan əvvəl Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko demişdi ki, Paris Kiyevə uzaqmənzilli SCALP raketləri və hava hücumundan müdafiə sistemləri verə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti