Ermənistanda korpus və hərbi hissə komandirləri həbs edilib

 Ermənistanda korpus və hərbi hissə komandirləri həbs edilib
  30 Avqust 2023    Oxunub:1370
Ermənistanda məhkəmə iki yüksək rütbəli zabiti həbs edib. Onlar hərbi qulluqçular arasında çaxnaşma yaratmaq və digər cinayətlərdə ittiham olunurlar.
Söhbət 2020-ci ildə 44 günlük müharibə zamanı baş vermiş bir qalmaqallı hadisədən gedir.

Ermənistanda artilleriya zabiti həbs edildi
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ordu korpuslarından birinin polkovnik rütbəli komandiri polkovnik-leytenant rütbəli hərbi hissə komandirinin müavini ilə razılaşma əldə edib. Razılaşma isə şəxsi heyətin silahdan istifadədən imtina etməsi üçün şərait yaratmaqla bağlı olub.

Oktyabrın 19-da hər iki yüksək rütbəli zabit hərbi hissənin qərargahında bölmə komandirlərinə qoşunlar arasında çaxnaşma salmaq əmri verib. Bölmə komandirləri əmrin qanunsuz olduğunu anlayaraq onu yerinə yetirməkdən imtina ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti