Qabonda keçid dövrü lideri təyin edilib

   Qabonda keçid dövrü lideri təyin edilib
  30 Avqust 2023    Oxunub:1221
Qabonda hakimiyyəti ələ keçirən hərbçilər keçid dövrü üçün yeni dövlət başçısı təyin ediblər.
Qabon Prezidentinin oğlu həbs edildi
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" üsyançıların Qabon televiziyasında səsləndirdiyi bəyanata istinadən məlumat yayıb.

Bildirilib ki, Qabon Respublika Qvardiyasının komandanı general Bris Oliqi Nqemanı keçid dövrü üçün dövlət başçısı təyin edilib.

Qeyd edək ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksək rütbəli bir qrup zabiti “Qabon 24” əsas televiziya kanalı vasitəsilə prezident seçkilərinin nəticələrinin ləğvi və hökumət institutlarının buraxılması bəyanatı ilə çıxış edib.

Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və Müdafiə Nazirliyini, ölkənin silahlı qüvvələrini təmsil etdiklərini bildiriblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.

Hərbçilər çevrilişi avqustun 26-da keçirilmiş ümumi seçkilərə inamın olmaması ilə əlaqələndiriblər.

Bu açıqlama ölkənin Mərkəzi Seçki Komissiyasının Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64 faiz səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən sonra verilib.

AzVision.az



Teqlər:   Qabon  





Xəbər lenti